Dekabrın 28-də STEAM İnnovasiya Mərkəzində millət vəkilləri ilə görüş keçirilib.

 

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Elm və Ali Təhsil  üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, həmçinin nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

 

Görüş zamanı nazirliyin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov quruma daxil olan vətəndaş müraciətləri barədə təqdimat edib. 

 

Görüşdə həmçinin nazirliyin yeni yaradılan agentlikləri və onların fəaliyyət istiqamətləri barədə məlumat verilib. 

 

Sonra çıxış edən millət vəkilləri təmsil etdikləri regionlar üzrə vətəndaşların daha çox müraciət etdikləri mövzulardan danışıb, rəy və təkliflərini bildiriblər. 

 

Agentlik rəhbərləri öz növbəsində millət vəkillərinin səsləndirdikləri fikir və istiqamətlər üzrə sualları cavablandırıblar.

 

Sonda bu cür görüşlərin daha sıx təşkili qərara alınıb.