Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib.
Tədbirdə dövlət rəsmiləri, idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib. Nazir Olimpiya ili olan 2024-ün idman sahəsi üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.
Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
Qala gecəsi konsert proqramı ilə davam edib.