Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında vətəndaş müraciətlərinə baxılması və təhsil hüququnun daha səmərəli təmini sahəsində birgə əməkdaşlıq istiqamətləri mövzusuna həsr edilmiş görüş keçirilib.
 

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbərləri və digər məsul vəzifəli şəxsləri iştirak ediblər.  
 

Görüş zamanı təhsil hüququnun təmini sahəsində hər iki qurumun ünvanına daxil olan müraciətlərin araşdırılması, bu sahədə qarşıya çıxan problemlərin birgə həlli, hüquqi maarifləndirmə istiqamətləri və digər əlaqədar məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 

Görüş zamanı Elm və Təhsil Nazirliyinə il ərzində daxil olan müraciətlərin icra vəziyyətinə dair təqdimat nümayiş olunub.
 

Sonda qeyd olunan sahələrdə daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə iki qurum arasında mövcud məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli məqsədi ilə birgə işçi qruplarının yaradılması, insan hüquqlarının təşviqi sahəsində maarifləndirici tədbirlərin keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.