Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda olub.
Ziyarət zamanı rektor Ş.Bayramov AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli və bu elmi-tədqiqat institutunun müvafiq əməkdaşları ilə görüşüb.
Görüşdə Dilçilik İnstitutu ilə MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə müzakirələr aparılıb.
Bununla yanaşı, Dilçilik İnstitutu tərəfindən MDU-ya 145 ədəd kitab hədiyyə edilib.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması və yeni dövrün tələblərinə uyğun elmi kadrların hazırlanması məqsədilə elmi-tədqiqat institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritetlər sırasındadır.