Baku Usability Day 2023” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəqəmsal iqtisadiyyat fakültəsinin “İnformaiya texnologiyaları” ixtisası üzrə III kurs tələbələrinin “İnsan-Kompüter İnterfeysi” fənnindən praktiki bacarıqlarının sərgisi keçirilib.
Rəqəmsal iqtisadiyyat fakültəsi və rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının baş müəllimi Şamil Hümbətovun rəhbərliyi ilə təşkil olunan sərgidə tələbələrin hazırladıqları 7 layihə nümayiş olunub.
Layihələri təqdim edirik:
- Linkedin platformasının istifadəyə yararlılığının empirik və evristik qiymətləndirilməsi (Teymur Məmmədov, Ceyhun İsazadə, Tural Əliyev)
- Əlçatanlıq üçün qarşılıqlı əlaqə və dizayn (Kamil İsayev, Ceyla Quliyeva)
- MilliÖn və eManat ödəniş sistemlərinin interfeys xətaları terminallarında istifadəyə yararlılıq problemləri (Nəzrin Əsmətzadə, Ədilə Allahverdiyeva)
- “sosial.gov.az” saytının istifadəçi və model əsaslı təhlili (İslam Əkbərov, Cəmilə Yunusova, Turac Məlikova)
- Mobil operatorların istifadəçi testi (Hikmət Rəcəbov, Arzu Kərimxanova, Aylin Mürsəlova)
- UNEC tələbə kabinetinin istifadəyə yaralılığının təhlili (Murad Nəsrullayev, Zabitə Quliyeva, Mənzər Həsənzadə)
- Birbank və Leobank mobil tətbiqlərinin Nielsen evristikasına, Cogtool-a, Sistemin İstifadəyə Yararlılıq şkalasına əsasən müqayisəsi (Məryəm İsmayılova, Aytəkin Abbasova, Mədinə Qarayeva)
Fakültə rəhbərliyinin, müəllim və tələbələrin böyük marağına səbəb olan sərgidə nümayiş olunan layihələr üzrə elmi-tədqiqatların daha da genişləndirilməsi məqsədilə Tələbə Elmi Cəmiyyəti tərəfindən konfransın keçirilməsi təklif olunub.