Rəqəmsal texnologiyalara aid 7 layihənin təqdimatı olub

Baku Usability Day 2023” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəqəmsal iqtisadiyyat fakültəsinin “İnformaiya texnologiyaları” ixtisası üzrə III kurs tələbələrinin “İnsan-Kompüter İnterfeysi” fənnindən praktiki bacarıqlarının sərgisi keçirilib.

 

Rəqəmsal iqtisadiyyat fakültəsi və rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının baş müəllimi Şamil Hümbətovun rəhbərliyi ilə təşkil olunan sərgidə tələbələrin hazırladıqları 7 layihə nümayiş olunub.

 

Layihələri təqdim edirik:

  1. Linkedin platformasının istifadəyə yararlılığının empirik və evristik qiymətləndirilməsi (Teymur Məmmədov, Ceyhun İsazadə, Tural Əliyev)
  2. Əlçatanlıq üçün qarşılıqlı əlaqə və dizayn (Kamil İsayev, Ceyla Quliyeva)
  3. MilliÖn və eManat ödəniş sistemlərinin interfeys xətaları terminallarında istifadəyə yararlılıq problemləri (Nəzrin Əsmətzadə, Ədilə Allahverdiyeva)
  4. sosial.gov.az” saytının istifadəçi və model əsaslı təhlili (İslam Əkbərov, Cəmilə Yunusova, Turac Məlikova)
  5. Mobil operatorların istifadəçi testi (Hikmət Rəcəbov, Arzu Kərimxanova, Aylin Mürsəlova)
  6. UNEC tələbə kabinetinin istifadəyə yaralılığının təhlili (Murad Nəsrullayev, Zabitə Quliyeva, Mənzər Həsənzadə)
  7. Birbank və Leobank mobil tətbiqlərinin Nielsen evristikasına, Cogtool-a, Sistemin İstifadəyə Yararlılıq şkalasına əsasən müqayisəsi (Məryəm İsmayılova, Aytəkin Abbasova, Mədinə Qarayeva)

 

Fakültə rəhbərliyinin, müəllim və tələbələrin böyük marağına səbəb olan sərgidə nümayiş olunan layihələr üzrə elmi-tədqiqatların daha da genişləndirilməsi məqsədilə Tələbə Elmi Cəmiyyəti tərəfindən konfransın keçirilməsi təklif olunub.

 

 



13.12.2023 | 15:15