Bakı məktəbliləri Türkmənistanda Xəzər dənizi ölkələrinin II mədəni idman festivalında tennis üzrə həm fərdi, həm də komanda yarışlarında parlaq nəticələrə nail olublar.
Belə ki, fərdi qaydada təşkil olunan yarışların nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 145 nömrəli tam orta məktəbin şagirdi Emin Məmmədov I, 214 nömrəli tam orta məktəbin şagirdi Kənan Pənahov və 238 nömrəli tam orta məktəbin şagirdi Xədicə Əbilzadə II, 242 nömrəli tam orta məktəbin şagirdi Səbinə Məmmədova isə IV yerə layiq görülüb.
Eyni zamanda, komanda şəklində mübarizə aparan Bakı məktəbliləri yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər medal, kubok, diplom və hədiyyələrlə mükafatlandırılıb.