Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim heyəti rektor professor Natiq İbrahimov başda olmaqla, “Beynəlxalq əlilliyi olan şəxslər günü” münasibəti ilə təşkil olunan “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət satış sərgisi” nə baxış keçirib.  

 

Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının birgə əməkdaşlığı ilə keçirilən  sərgidə nümayiş etdirilən əl işləri bəyənilib və satın alınıb. Bununla  da cəmiyyətin həssas təbəqəsindən olan yaradıcı insanlara maddi və mənəvi dəstək göstərilib.
Qeyd edək ki, sərgidə Lənkəranla yanaşı Astara, Yardımlı, Cəlilabad, Masallı, Lerik rayonlarından sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin əl işləri satışa çıxarılıb.