Masallı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə  Masallı Gənclər evində  tədbir keçirib.

 

“Biz sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik”  adlı tədbir “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə məqsədilə təşkil olunub.

 

Tədbirdə işçi qrupunun məsul nümayəndəsi gənclər arasında narkotik vasitələrin istifadəsinin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların insan sağlamlığına vurduğu zərərlərdən  söz açıblar.  Eyni zamanda tələbələri maraqlandıran  suallar da cavablandırılıb.

 

Sonda  gənclərə narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının işçi qrupunun hazırladığı əyani vəsaitlər verilib.

 

         

Sifai SƏFƏROVA