Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq təhsil turnirinə start veriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan 500-ə yaxın idmançı mübarizə aparacaq.
7 gün davam edəcək turnir 11 dekabr tarixində başa çatacaq.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir.