Quba-Xaçmaz Regional Təhsil İdarəsi (RTİ) və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq fililalının rəhbər şəxsləri arasında əməkdaşlıq görüşü keçirilib.
RTİ-dən verilən məlumata görə, görüşdə təhsil müəssisələrinə işə qəbul ilə bağlı müraciət edən vətəndaşların düzgün maarifləndirilməsi, işə qəbul prosesinin tənzimlənməsi və şəffaflığın artırılması sahəsində görüləcək işlər müzakirə olunub.
Qeyd edilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə pedaqoji işçilərin işə qəbulu müsabiqə vasitəsilə həyata keçirilir. Təhsil müəssisələrində texniki vəzifələrə işə qəbul olmaq istəyən şəxslərin isə öncədən Dövlət Məşğulluq Agentliyinin aidiyyatı xidmət şöbəsinə yaxınlaşaraq işaxtaran kimi qeydiyyatdan keçmələri və müvafiq reyesterdə növbəyə yazılmaları tövsiyə olunur.
ŞAKİR Cəfərov