Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı tərəfindən Zəfər Gününə həsr edilmiş universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

 

Yarışda BDU, Azərbaycan Dövlət Neft və Sənaye, Xəzər, Azərbaycan Dillər,  Bakı Avrasiya, Azərbaycan Tibb, Azərbaycan Texniki, Odlar Yurdu universitetləri və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialından olan 9 komanda iştirak edib. Onlardan Azərbaycan Tibb Universitetinin komandası I, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının komandası II, Xəzər Universitetinin komandası isə III yerə layiq görülüb.

 

Qaliblər müxtəlif diplom və sertifikatlarla təltif olunublar.