Ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev dərsləri” çərçivəsində seminarlara start verilib.

 

Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə təşkil olunan dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Binəqədi rayonu üzrə məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Dərslər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “İlham Əliyev: tarixin ən qüdrətli Azərbaycanının və Böyük Zəfərin müəllifi” mövzusunda məruzə ilə çıxış edib. H.Əsgərov Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

 

Ümummilli Liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran H.Əsgərov ölkə başçısının çoxcəhətli iqtisadi, siyasi və hərbi quruculuq strategiyasından bəhs edib. H.Əsgərov bildirib ki, bütün dünya 44 gün ərzində Azərbaycan xalqının məğrurluğuna, yenilməzliyinə, Ordusunun gücünə və İlham Əliyevin sərkərdəlik qabiliyyətinə şahidlik etdi . Vətən Müharibəsi dünya tarixinin fenomeninə çevrildi.

 

Daha sonra 3 nömrəli tam orta məktəbin müəllimi Vətən Hüseynov və 276 nömrəli tam orta məktəbin müəllimi  Elxan Quliyev məruzə ətrafında öz fikirlərini bildiriblər.

 

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, dərslərin paytaxtın 12 rayonu üzrə davam etdirilməsi nəzərdə tutulur.