“UNEC Ekspert” jurnalının Türk dünyası dövlətlərinin iqtisadi potensialına həsr olunan növbəti sayı oxuculara təqdim olunub.
Jurnalda türk dövlətlərinin təbii resurs və innovasiya potensialı, pul coğrafiyasının disbalansı, investisiya əməkdaşlığı, enerji, nəqliyyat və kommunikasiya sektorlarının inkişaf perspektivləri, ticarət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və s. UNEC ekspertləri tərəfindən geniş təhlil edilib.
Oxucular jurnalda türkdilli dövlətlərin iqtisadiyyatının mövcud durumu və inkişaf trendləri, eləcə də Azərbaycan iqtisadiyyatının son 30 il ərzindəki inkişafı ilə bağlı ekspert araşdırmaları ilə də tanış olacaqlar.
Jurnalda Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyi (TÜRKÜNİB) rektorlarının Səmərqənd şəhərində keçirilmiş görüşündə müzakirə olunan məsələlər, eləcə də Nobel mükafatçısı Əziz Sancarın ictimaiyyətin böyük marağına səbəb olan Türk dünyasında elm, təhsil və texnologiyanın inkişafı barədə çıxışı da yer alıb.