Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasında  universitetdə 2 yeni fakültənin yaradılması ilə bağlı məsələ müzakirə olunub.

 

Elmi Şuranın müvafiq qərarı ilə humanitar və sosial elmlər fakültəsi və tərcümə fakültəsinin bazasında iki yeni fakültə-Qərbi Avropa dilləri və Şərqi Avropa dilləri fakültəsi yaradılıb, humanitar və sosial elmlər fakültəsi isə sosial elmlər fakültəsi adlandırılıb.

 

Yeni fakültələrin yaradılması "BSU 2030" Strateji İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilib.

 

Yeni fakültələrin yaradılmasında məqsəd BSU-da pedaqoji kadr hazırlığı və idarəetmənin optimallaşdırılması ilə keyfiyyətin artırılmasıdır.