Heydər Əliyev Mərkəzində 18 oktyabr -Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “açıq dərs” keçilib. Paytaxtdakı 308  nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə ilk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad ediblər.

 

Tədbir  Dövlət Himninin səslənməsi ilə başlayıb. Yasamal rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Azər Zeynalzadə 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu Azərbaycan Respublikasında milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən və bu mühüm tarixi sənədin xalqımızı azadlığına qovuşdurmasından bəhs edib.
      

Sonda müstəqillik gününə həsr olunmuş film nümayiş olunub.

                           

Sifai SƏFƏROVA