Naxçıvan Dövlət Universitetində (NDU) əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini və mədəniyyətini gənc nəslə ətraflı öyrətmək məqsədilə universitet Elmi Şurasının qərarı ilə bir sıra fənlər təsdiq olunub.

 

NDU-dan bildirilib ki, növbəti tədris ilindən etibarən “Tarix müəllimliyi” və “Tarix” ixtisaslarında “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında “Qərbi Azərbaycanın toponimikası”, “Muzey, arxiv işi və abidələrin qorunması “  ixtisasında isə “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” adlı fənlər tədris olunacaq.