Yüksək texnologiyalar sahəsində hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər.

 

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.

 

O bildirib ki, sovet dövründən qalan təhsil nəzəri olaraq qərb təhsilindən daha güclü idi: “Lakin tətbiqi iş praktiki təcrübədən sonra mümkün idi. Təhsil sahəsində konsepsiyaların tətbiqi önəmlidir. Bilik və bacarıqların sürətli tətbiqinə hazır olmalıyıq. Peşə və ixtisaslar daim inkişaf etməlidir. Burada əhalinin məşğulluğu əsas hədəflərdəndir. Müxtəlif kateqoriyadan olan vətəndaşların hazırlanması vacibdir. Gələcək dövrdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik. Bu da olduqca təbiidir”.