Oktyabrın 31-də elm və təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovla görüşüb.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektivləri müzakirə olunub. Tərəflər Azərbaycan Respublikasında rus dilinin tədrisi ilə bağlı mövcud vəziyyət, habelə Rusiya Federasiyasında Azərbaycan dilinin tədrisinə dəstəyin göstərilməsi ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa, peşə təhsili sahəsində əlaqələrin önəmi vurğulanıb, bu istiqamətdə mütəxəssislərin hazırlanması imkanları müzakirə olunub.