Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfərin məqsədi Azərbaycan -Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsidir.
Səfər çərçivəsində qonaqlar elm və təhsil naziri Emin Əmrullayevlə birgə Quba rayonunun İqrıq kəndində yerləşən türk əsgərinin məzarını, Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan - Türkiyə Dostluq Parkını ziyarət ediblər.