Layihənin məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasına dəstək olmaqdır


Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi ( MVQSYİB ) müharibə veteranları, şəhid ailələri və əlillər, eləcə də, imkansız ailələrə kömək məqsədilə yaradılıb. Təşkilat 2015-ci ildən Türkiyədə fəaliyyət göstərən “Engelsiz Dünya Birliyi”nin Azərbaycan təmsilçisidir.

 

0ktyabrın 17-də təşkilat Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəklər Dostluğu Federasiyası (TADDF) rəhbərliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində birgə layihəsinin təqdimatını keçirib.  

 

Layihənin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasına dəstək olmaqdır.  Azərbaycanın müstəqilliyinin bərpa edilməsi günü ərəfəsində keçirilən təqdimat Türkiyədə və Azərbaycanda olan şəhid ailələrinin, müharibə veteranlarının bir-biri ilə sıx münasibətlərinin yaradılmasına təkan verəcək.

 

Türkiyədən gələn və əksəriyyəti  medya nümayəndəsi olan qonaqlar əvvəlcə Xalq Cümhuriyyəti muzeyi ilə tanış olub və tarixi dəyərlər barədə zəngin bilgi əldə ediblər. Lahyinəni təqdimatı isə ADAU-nun 2 saylı yataqxanasının konfrans zalında baş tutub. Təqdimatda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  Azərbaycan Cümhuriyyətinin 100 illik tarixi ərəfəsində keşirilən təqdimatın xüsusi önəm daşıdığını bildirib.

 

Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas tədbirin keçirilməsinə yaradılan şəraitlə bağlı rektora minnətdarlıq edib. Türkiyə mediasının nümayəndələri isə muzey və universitetlə bağlı təəssüratlarını paylaşıblar.