Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsi Ege Universitetinə səfər edib.


ADAU-nun rektoru Zəfər Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, müdir müavini Emin Əliyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli,  Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov və ikili diplom proqramının direktoru Lamiyə Quliyeva Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində olublar.
 

Səfər çərçivəsində Ege Universitetinin rektoru Necdet Budakın və universitet rəhbərliyinin iştirakı ilə ikili diplom proqramının rəhbər komitəsinin iclası keçirilib.
 

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi iclasda gələcəkdə birgə həyata keçiriləcək layihələr, müəllim-tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.