Bakı Dövlət Universiteti (BDU) Avrasiya Universitetlər Birliyinin (Eurasian Universities Union - EURAS) onlayn görüşündə təmsil olunub.

 

Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak edib. Onlayn görüşdə EURAS, Avrasiya Ali Təhsil Sammiti (Eurasia Higher Education Summit -EURIE) və Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) prezidenti professor Mustafa Aydın açılış nitqi ilə çıxış edib.

 

Daha sonra isə İndoneziya, Estoniya və Türkiyədən olan mütəxəssislər çalışdıqları ali təhsil müəssisələrində tətbiq olunan qısamüddətli təhsil proqramlarına dair ən yaxşı təcrübələr haqqında geniş məlumat veriblər.   

 

Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan EURAS Avrasiyada yerləşən universitetləri əhatə edən qeyri-kommersiya təşkilatıdır. Bakı Dövlət Universiteti EURAS-ın üzvüdür.