Gəncə Dövlət Universitetində Alman Akademik Mübadilə Xidmətinin  (DAAD) təqaüd proqramları haqqında tələbələrlə məlumatlandırıcı görüş keçirilib.

     

DAAD Azərbaycan ofisinin nümayəndəsi Lisa Brandt sözügedən təşkilatın fəaliyyəti və Gəncə Dövlət Universiteti ilə mövcud əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. 2023/2024-cü tədris ilində təqaüd proqramlarına müraciət qaydaları haqqında danışan Lisa Brandt bildirib ki, DAAD tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramıdır.

   

Görüşdə universitetin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, kafedranın baş müəllimi Vüsalə Kərimova  təqaüd proqramlarının və tələbə mübadiləsinin əhəmiyyətindən söhbət açıblar.

 

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.