Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Ordu Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə razılıq əldə edilib. Bu məqsədlə BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsalllaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova Ordu Universitetində olublar.
Universitetdə keçirilən görüş zamanı tərəflər əməkdaşlıq potensialının yüksəldilməsi məqsədilə magistratura və doktoranturada ikili diplom proqramlarının yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Yaxın zamanlarda iki universitet arasında birgə layihələrin həyata keçirilməsinə dair Anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.