Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə “Cümhuriyyət dövründə təhsil” mövzusunda tədbir keçirilib. Tədbirdə  məktəbin direktor müavini Jalə Qədirli Fondla əməkdaşlığın məktəblilərin hərtərəfli inkişafına faydalı təsirindən bəhs edib. Fondun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizdən, həmin dövrdə aparılmış təhsil islahatlarından danışıb. Mövzu ətrafında fikir mübadiləsindən sonra şagirdlərin hazırladıqları kompozisiya nümayiş olunub.

 

Sonda tədbir iştirakçıları “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filminə baxıblar.

                        

Sifai SƏFƏROVA