Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsində 1 Oktyabr- Ahıllar Günü qeyd edilib.
Tədbirdə Sabunçu rayon təhsil müəssisələrində çalışmış sabiq məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, ilk təşkilat sədrləri və rayon komitəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə vaxtilə direktor işləmiş Əminə Hüseynova, Abbasqulu Quliyev, Dilarə Həsənova, Əməkdar müəllim Tamella Muradova və başqaları çıxış edərək xatirələrini bölüşüb, təhsil sahəsində olan yeniliklərdən danışıblar.
Sonda tədbir iştirakçıları görüşün təşkil edilməsində zəhməti olan hər kəsə öz təşəkkürlərini bildiriblər.
Şakir CƏFƏROV