Naxçıvan Dövlət Universitetinn (NDU) Xəstəxanasında şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə ödənişsiz tibbi xidmət aksiyası keçirilib.

 

NDU-dan bildirilib ki, aksiya həssas kateqoriyadan olan soydaşlarımızla bağlı dövlətin həyata keçirdiyi tədbirlərə dəstək xarakteri daşıyır.

 

Aksiyada müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinə və müalicə-profilaktik xidmətlər göstərilib.

 

Qeyd edək ki, aksiya 3 gün davam edib.