Bina növbəti tədris ilinə istifadəyə veriləcək


Lənkəran Dövlət Universitetində oğlanlar üçün  beşmərtəbəli yataqxana binasının tikintisinə başlanılıb.

 

Bu barədə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində universitetin rektoru vəzifəsini icra edən Natiq İbrahimov məlumat verib. Onun sözlərinə görə, yeni yataqxana növbəti tədris ilinədək təhvil veriləcək: “Yataqxana 160 nəfərlik olacaq.1100 kvadrat-metr yaşayış sahəsinə mailkdir. Növbəti 2019-2020-ci tədris ilində istifadəyə hazır olacaq. Növbəti tədris ilinə həm yataqxananın, həm də 2 yeni korpusumuzun istifadəyə veriləcəyi nəzərdə tutulub”.

 

Qeyd edək ki, Lənkəranda oğlanlar üçün yataqxana keçmiş peşə məktəbinin qəzalı vəziyyətdə olan binasının yerində tikilir.

 

Xatırladaq ki, hazırda Lənkəran Dövlət Universitetinin bir yataqxanası var. 50 yerlik həmin yataqxanada qızlar yaşayır. Yataqxanaya bir avtobus da ayrılıb: “Yataqxana Lənkəranın mərkəzi küçələrindən birindədir. Universitetin korpusları ilə yataqxana arasında 5-6 kilometrlik məsafə var. Avtobusu qızların dərsə gecikməməsi üçün ayırmışıq”.