2023/2024-cü tədris ili üzrə 29 nəfər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 8 nəfəri Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.
Belə ki, 5 nəfər Çin, 2 nəfər Qazaxıstan, 1 nəfər Tacikistan vətəndaşı BDU-da təhsil imkanı əldə edib.
Bu barədə BDU-dan bildirilib.