Hökumətlərarası Təqaüd Proqramları ilə 8 nəfər BDU-da təhsil alacaq | |
2023/2024-cü tədris ili üzrə 29 nəfər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 8 nəfəri Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.
Belə ki, 5 nəfər Çin, 2 nəfər Qazaxıstan, 1 nəfər Tacikistan vətəndaşı BDU-da təhsil imkanı əldə edib.
Bu barədə BDU-dan bildirilib.
|
|
28.09.2023 | 11:01 | |
|
|
|