Qax şəhər 2 nömrəli məktəb-liseydə "Azərbaycançılıq-onun mahiyyəti və fəaliyyətdə reallaşdırılması istiqamətləri" mövzusunda seminar keçirilib. Tədbirdə məktəb-liseyin rəhbərliyi və pedaqoji kollektivi iştirak edib.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, seminarı giriş sözü ilə açan məktəb-liseyin direktoru Şəkər Abdullayeva ilk öncə Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin tələbləri və bu tələblərdən irəli gələn vəzifələr haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki, ideologiya insanları eyni hədəf ətrafında toplayan, milli düşüncə yaradan amildir.  İdeologiya cəmiyyəti vahid düşüncə ətrafında birləşdirir. Bu amil dövlətin möhkəmlənməsi üçün mühümdür. 90-cu illərdə rastlaşdığımız ideologiyasızlıq mühiti ölkəni vətəndaş müharibəsinə sürükləmişdi. O dövrdə müxtəlif qruplar yaranır, yeni müstəqil olan Azərbaycanın parçalanmasına yol açılırdı. Lakin uğurlu dövlət quruluşu ulu öndərin siyasətində öz əksini tapdı. Azərbaycançılıq ideologiyası həmin dövrdə insanların dinc yaşamasını təmin etdi. Bununla da cəmiyyətə vətənpərvərlik gətirməklə yanaşı, vahid xalq və cəmiyyət formalaşdırmış oldu. Bundan sonra xalq-hakimiyyət birliyi yaranaraq dövlətçiliyin qorunub saxlanması, inkişafı yönümdə oz imkanlarını ortaya qoymuş oldu.

 

Tədbirdə məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülbəniz Seyidova,  tərbiyə işləri üzrə direktor müavini Faiq Sofiyev və başqaları çıxış edərək milli-mənəvi dəyərləimiz, Azərbaycançılıq ideologiyası və s. haqqında fikirlərini bildiriblər. Sonda milli-mənəvi dəyərlərimizə həsr olunan videoçarx nümayiş etdirilib.

                                                                               

Şakir CƏFƏROV