“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “PAŞA Holding"in tərəfdaşlığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsi həyata keçiriləcək.


Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində (UTECA) təhsil alan və müxtəlif regionlardan olan tələbə gənclərin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir.


İlk fazada təlim kursu 25-30 sentyabr tarixlərində Azərbaycan Texnologiya Universitetində keçiriləcək.