Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Yavərbəy Abdullayev 8-10 sentyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Gənclər arasında şotokan karate üzrə XIII Dünya Çempionatının qalibi olub.  

 

BDU-dan bildirilib ki, Y.Abdullayev  18-21 yaşlı gənclər arasında, 84+ çəkidə mübarizə aparıb və I yerə layiq görülüb.  

 

Qeyd edək ki, Y.Abdullayev 10 ildir Karate üzrə Azərbaycan millisinin üzvüdür.