Sentyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kandis MakDeyqan ilə görüşüb.

 

Görüş zamanı Asiya İnkişaf Bankı tərəfindən hazırlanan “Azərbaycan üzrə 2024–2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası” çərçivəsində Elm və Təhsil Nazirliyi ilə sözügedən təşkilat arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.