Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.

 

İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, imtahanda “Neft kimyası” ixtisası üzrə “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək növbəti mərhələyə keçən 1 namizəd iştirak edib.

 

İmtahan komissiyasının sədri institutun baş direktoru akademik Vaqif Fərzəliyev,  üzvləri – icraçı direktor, dosent Əfsun Sucayev, elmi katibi  Mehparə Səfərova, yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının müdiri professor Pərvin Məmmədova və müxtəlif funksiyalı polimer birləşmələr laboratoriyasının aparıcı elmi işçisi Elnarə Həsənova olub. 2 saat müddətində 5 sualı cavablandıran namizəd Rahib Qasımovun nəticəsi müsbət qiymətləndirilib.

 

Məlumat üçün bildirək ki, institutun dissertanturasına qəbul olunan Natiqə Süleymanlının  dissertasiya mövzusu “D-qlükozanın sorbitol və qlukan turşusuna katalitik oksidləşməsi prosesinin tədqiqi”, rəhbərləri isə kimya elmlər doktoru, dosent Ə.Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Y.Ə. Abdullayev təsdiq edilib.

.