Martın 6-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Belarusun Qomel Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU haqqında ətraflı məlumat verib. Universitetdə 3 dildə təris aparıldığını qeyd edən rektor tədris prosesi, beynəlxalq əməkdaşlıq əlaqələri, ingilis dilində tədris, universitetin əcənəbi tələbələri və əməkdaşlıq oluna biləcək sahələrdən bəhs edib. Bunlarla yanaşı universitetdəki İT Akademiya, Startap mərkəzinin fəaliyyətindən danışan rektor M.Babanlı tələbə mübadiləsi və kadr hazırlığı sahəsində əməkdaşlığın önəmini qeyd edib.
Belarus Təhsil Nazirliyinin nümayəndəsi Olqa Xatkeviç neft ölkəsi olan Azərbaycanın bu sahədəki uğurlarını və ADNSU-nun neft üzrə kadr hazırlayan əsas ali təhsil ocaqlarından biri kimi əhəmiyyətini yüksək qiymətləndirdiyini deyib.
Belarusun Qomel Texniki Universitetinin prorektoru Aleksandr Sıçev ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sonda qonaqlar ADNSU-nun tarix muzeyi ilə tanış olublar.