Türkiyənin Ankara Universiteti tərəfindən Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün təlim proqramlarına start verilib.

 

Təlim proqramları BDU və Ankara Universiteti arasında 2022-ci il 16 avqust tarixində imzalanmış akademik əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Təlimdə iştirak etmək üçün BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Ankara Universitetinə ezam olunublar. Onlar Ankara Universitetinin “AgriGenomik” texnokəndində yeni nəsil sekvensləmə metodları ilə tanış olacaqlar.

 

Qeyd edək ki, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində qurulacaq Sekvensləmə Mərkəzində çalışacaq əməkdaşlar üçün gələcəkdə də intensiv təlim proqramlarının keçirilməsi davam etdiriləcək.