Təhsil Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının dəstəyi, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə beynəlxalq “Təhsil kuboku” keçirilir. Oktyabrın 13-dən 14-dək keçiriləcək yarışda Türkiyə, Polşa, Ukrayna, Rusiya və ümumilikdə 13 ölkə iştirak edəcək.
 
Yarışda 900-dən artıq cüdoçu mübarizə aparacaq. Yarış bitdikdən sonra yeniyetmə cüdoçular öz ustalıqlarını artırmaq məqsədilə 3 günlük təlim məşq toplanışına qatılacaqlar.