Dünya Kulinariya Təşkilatları Birliyinin yaradılmasının 90 illiyi münasibəti ilə keçirilən peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II Respublika çempionatı başa çatıb.

 

5 gün davam edən yarışda “Plov”, “Kabab”, “Dolma”, “Şirniyyat”, “Çay süfrəsinin tərtibi” nominasiyaları üzrə qaliblər müəyyənləşib.

 

Yarışda Bakı Turizm Peşə Məktəbi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edib.

 

Qalib komandalar medal, sertifikat və kubokla təltif olunublar.

 

Qeyd edək ki, yarış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçirilib.