“Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə uyğun olaraq, 5 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023–2024-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb.
Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və Qazaxıstan Milli Aqrar Universitetində təhsil almaq hüququ qazanıblar. Onlardan 3 nəfəri bakalavriat, 2 nəfəri isə magistratura səviyyəsi üzrə iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı ixtisaslarında təhsil alacaq.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 30 aprel tarixində dərc edilib.