2023–2024-cü tədris ili üzrə 5 nəfər HTP çərçivəsində Qazaxıstanda təhsil almaq hüququ qazanıb

“Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə uyğun olaraq, 5 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023–2024-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

 

Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və Qazaxıstan Milli Aqrar Universitetində təhsil almaq hüququ qazanıblar. Onlardan 3 nəfəri bakalavriat, 2 nəfəri isə magistratura səviyyəsi üzrə iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı ixtisaslarında təhsil alacaq.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 30 aprel tarixində dərc edilib.

 

 



06.09.2023 | 11:08