Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi 2023/2024-cü tədris ilinin payız semestrində “Erasmus+ KA171” proqramı çərçivəsində İtaliyada təhsil alacaq.

 

Belə ki, informasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbələri Selcan Kərimli və Aydın Əliyev İtaliyanın Roma Sapienza Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar.

 

AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində uğurlar arzulayıb.