Tələbələrin tədris nəticələrini yüksəldən platforma istifadəyə verilib
Harvard Universitetində tələbələrin tədris kurslarına aid ədəbiyyatlarla işləmələri üçün nəzərdə tutulan “Perusall” platforması istifadəyə verilib. Müəllimlər tədrisə aid kitab və məqalələri oxumaq üçün tələbələrə göndərirlər. Tələbələr tapşırıqları oxuyur, sualları yazır, ədəbiyyata aid anlaşılmayan yerləri forumda müzakirə edirlər. Platformanın statistikası müəllimə göstərilir, hansı fraqmentlərin daha çox çətinliklər doğurduğu müəyyən olunur. Platformadan istifadənin irəliləyişlərlə necə bağlı olmasını yoxlamaq üçün tədqiqatçılar tələbə-fiziklərdən ibarət iki qrupu müşahidə ediblər. Tədqiqatda 153 nəfər iştirak edib. Məşğələləri eyni bir müəllim aparıb, lakin qruplardan biri “Perusall”dan istifadə edib, biri isə yox. Tədqiqatçılar tələbələrin oxumağa, məşğələlərə nə qədər çox vaxt ayırmalarını, mətnin eyni bir fraqmentinə nə qədər tez-tez qayıtmalarını qeyd ediblər. Nəticələr göstərib ki, platforma tələbələri daha çox oxumağa stimullaşdırır. “Perusall”dan istifadə etmiş təxminən 90% tələbə müəllimin məşğələlərdə xahiş etdiyi bütün ədəbiyyatı oxuyub. Onlar oxumağa orta hesabla həftədə 3 saat 20 dəqiqə vaxt ayırıblar. Müqayisə üçün, platformadan istifadə etməyənlərin 92%-i isə həftədə 3 saatdan az vaxt sərf edib. “Perusall” qrupu həmçinin imtahanları yaxşı verib.
Tədqiqatçılar nəticəni necə izah edirlər? Platforma - aktiv oxuma alətidir. Tələbələr sistemdə hətta kiçik nailiyyətləri belə qeyd edir və bunun sayəsində inkişaf etdiklərini anlayırlar. Onlar bir-biri ilə ünsiyyət saxlayır və eyni qrupdan olan yoldaşlarının məşğələlərə necə hazırlaşdıqlarını görürlər. Beləliklə də oxuma əvvəlcə sosial hərəkətə çevrilir, buna görə də onları cəlb edir.