Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin yay semestrinin imtahan sessiyası 5-8 sentyabr 2023-cü il tarixlərində keçiriləcək.
BDU-dan bildirilib ki, bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla saat 10:00 -dan 13:00-dək, magistratura səviyyəsi üzrə isə saat 14:00-dan 17:00-dək keçiriləcək.
Ümumilikdə yay semestrinin imtahan sessiyasında 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edəcək.
Qeyd edək ki, BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunub.