Qurğu tələbə həyatı ilə bağlı 130 suala cavab tapa bilir
ABŞ-ın Sent-Luis Universiteti yataqxanalarda yaşayan tələbələri üçün “Amazon Echo”-nun 2300 səs qurğusunu (dinamik) alıb. Kitabxana saat neçəyə qədər işləyir? Dekanın kabinetini necə tapmaq olar? Bu gün neçə qoşa saatım var? Səs qurğusunda quraşdırılmış “Alex” şəxsi assistenti tələbələrin bu kimi suallarına cavab verir. Qurğu dərs cədvəli, kampusun coğrafiyası, maliyyə yardımı, nəqliyyat, əyləncəli tədbirlər və tələbə həyatı ilə bağlı 130 suala cavab tapa bilir. Tələbələrin sorğusuna uyğun olaraq bu siyahı genişlənə də bilər. Qurğunun alınması üçün universitet öz büdcəsindən maliyyə ayırıb. Ali məktəbin vitse-prezidenti Devid Xakanson qeyd edir ki, “Alex”ə sərmayə qoymaq qərarı universitetin strategiyasının bir hissəsidir. Bu, tələbələrə universitet şəhərciyinin həyatında iştirakda özlərini daha fəal hiss etməyə kömək edəcək. Otaqlarda səs köməkçilərinin yerləşdirilməsi şəxsi təhlükəsizlik məsələlərini aktual edir. Ona görə də qurğulara tələbələrin şəxsi məlumatları hələ daxil edilmir. Amazon “Echo Dot” adlı səs qurğusunu 49.99 dollara satır, amma universitet qurğunu endirimlı alıb. Lakin nə universitet, nə də “Amazon” endirimin məbləğini açıqlamır.
Bu, universitetin ilk sınağı deyil. Arizona Dövlət Universiteti ötən il mühəndislərin yataqxanasında 1600 bu cür qurğu yerləşdirib. Oklaxoma Universiteti də tələbələrini 600 qurğu ilə təmin edib.