Diasporlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup tələbəsi Nizami  Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.  

 

Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru tələbələrə Azərbaycan ədəbiyyatının zənginliyindən söz açıb . Sonra tələbələr əsrlər boyu müxtəlif dillərdə və əlifbalarda yaradılmış elmi və bədii əsərlərimizi maraqla izləyiblər.  Muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər və xatirə əşyalarını seyr edən tələbələr muzeyin “Rəylər kitabı”na öz fikirlərini yazıb və bu mədəniyyət ocağında  bir daha olmaq  arzusunda olduqlarını bildiriblər.

 

Sifai SƏFƏROVA