Yekaterinburqda şəhərin 300 illik yubileyinə həsr edilən Beynəlxalq Universitet İdman Festivalı keçirilib. Festivalda taekvondo üzrə ölkəmizi təmsil edən idmançılarımız növbəti uğura imza atıblar. Belə ki, 54 kiloqram çəki dərəcəsində olan taekvondoçumuz Səyyad Dadaşov rəqibi Rusiya idmançısı Mikail Tomilovu final görüşündə 2:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Digər finalçımız Vaqif Hacıyev (68 kiloqram) İqor İokovlev ilə döyüşdə məğlub olaraq (2:0) gümüş medala sahib olub.
Eltac Qafarov (80 kq) isə iranlı rəqibi Amirsina Baxtiyariyə son anda 2:0 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
Festivalda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə güclərini sınayıblar. Azərbaycandan festivala 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı qatılıb. İştirakçılarımız 8 idman növündə badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə güclərini sınayıblar.
Sifai SƏFƏROVA