Bakı Mühəndislik Universitetinin (BMU) kitabxana fondunun ən müasir tədris vəsaitləri hesabına zənginləşdirilməsi üzrə aparılan işlər davam etdirilir. Bu istiqamətdə növbəti addım BMU və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində atılıb.

 

Belə ki, İNHA Universiteti tərəfindən BMU-nun kitabxanasına yeni tədris vəsaitləri daxil olub. Yeni nəşrlər İDP çərçivəsində tədris olunan 4 ixtisas istiqamətini (İnformasiya texnologiyaları, Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, İnşaat mühəndisliyi) əhatə edir. Əsasən tələbələrin istifadəsi üçün nəzərdə tutulan 30 adda kitab tədris prosesində keçirilən fənlər üzrə nəzəri biliklərin artırılmasına yardımçı olacaq.

 

BMU-İNHA İDP çərçivəsində bundan əvvəl (cari ilin mart ayında) 11 ədəd yeni kitab Dövlət Neft Fondunun ayırdığı vəsait hesabına alınaraq universitet kitabxanasına təhvil verilib. Həmin nəşrlər isə “Elektrik  mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üçün nəzərdə tutulub.