Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində İzmir şəhərində təhsil alan bir qrup ADAU tələbəsinin istehsalat təcrübəsi başlayıb.
Universitetdən bildirilib ki, 1 ay ərzində keçiriləcək proqramda tələbələr aqropark, teknopark, şirkət və firmalarla tanış olub, ixtisaslarına uyğun işlərdə təcrübə keçəcəklər.